Ramazandan əvvəl öyrənməliyik:   Əgər xurma belədirsə, onu heç ağzınıza qoymayın

saytların hazırlanması

Evə çatdırılma

Ramazandan əvvəl öyrənməliyik: Əgər xurma belədirsə, onu heç ağzınıza qoymayın

Sağlamlıq

26 Fevral 2025 17:41 690


İlin istənilən vaxtında istehlak edilsə də, Ramazan ayında populyarlığının zirvəsinə çatan xurma artıq piştaxtalarda yerini tutub. İftar süfrələrinin ayrılmaz hissəsinə çevrilən bu meyvəni alarkən bəzi vacib detallara diqqət yetirmək lazımdır. Xurma təkcə ləzzətli deyil, həm də bir çox sağlam reseptlərin əsas tərkib hissələrindən biridir.

Yenisabah.az xəbər verir ki, Ramazan ayı yaxınlaşdıqca, xurma alacaq şəxslərin nəzərə almalı olduğu bir neçə məqam var. Mütəxəssislər istehlak üçün satılan xurmanın sağlam və qeyri-sağlam xüsusiyyətlərini açıqlayaraq, keyfiyyətli seçim etmək üçün praktik tövsiyələr veriblər.

Xurma seçərkən ilk növbədə onun təbii və təzə olmasına diqqət etmək lazımdır. Mütəxəssislərin araşdırmalarına görə, iftar süfrələrində daha çox qan şəkərini balanslaşdırmaq üçün şirin xurmalar seçilir. Lakin xurmanın tərkibi qədər onun istehsal və emal prosesi də vacibdir. Ən sağlam seçim yuyulmamış, işlənməmiş və təbii xurmadır. Pepperoni pizza

Bundan əlavə, alınacaq xurma həddindən artıq parlaq və cilalanmış olmamalıdır. Qlükoza suyunda isladılmış xurmalardan çəkinmək tövsiyə olunur, çünki bu cür məhsullar təbii keyfiyyətini itirə bilər.

Xurma alarkən etibarlı istehsalçılara və satış nöqtələrinə üstünlük vermək də vacibdir. Bu yolla daha təbii və təzə məhsul əldə etmək mümkündür.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!