Ramazanın 12-ci gününün duası   - İmsak və iftar vaxtı

saytların hazırlanması

Evə çatdırılma

Ramazanın 12-ci gününün duası - İmsak və iftar vaxtı

Din

05 May 2020 21:10 2544


Sabah Ramazan ayının 12-ci günüdür.

Yenisabah.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 6-da Bakıda imsak saat 03:52, iftar isə saat 19:56-dadır.

Ramazan ayının 12-ci gününün duası: Toyuqlu pizza

"Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin".

Tərcüməsi:

"İlahi, bu ayda məni həya və iffətlə zinətləndir, itaət və razılıq libasını geyindir. Bu ayda məni ədalət və insaf yolu ilə apar, qorxduğum hər şeydən məni hifz et. Səni Öz ismətinə and verirəm, ey (ürəklərində) Allah qorxusu olanların Himayədarı!"

Allah orucunuzu qəbul etsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!