Ramazanın 12-ci gününün duası   - İmsak və iftar vaxtları

saytların hazırlanması

Evə çatdırılma

Ramazanın 12-ci gününün duası - İmsak və iftar vaxtları

Din

24 Aprel 2021 21:58 1928


Sabah Ramazan ayının 12-ci günüdür.

Yenisabah.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 25-də imsak vaxtı saat 04:15-də, iftar vaxtı isə 19:44-dədir.

Aprelin 25-i üçün namaz vaxtları: Marqarita pizza

Sübh azanı 04:20

Zöhr azanı 12:39

Əsr azanı 17:29

Məğrib azanı 19:44

İşa azanı 20:52

12-ci günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin!”

Tərcüməsi: “İlahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətçilik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi!”

İftar duası:

“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”

Allah orucunuzu qəbul etsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!