Sabah Ramazan ayının on ikinci günüdür.
Yenisabah.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 13-də imsak vaxtı saat 04:36-da, iftar vaxtı isə 19:31-dədir.
İmsak duası: pizza
“İlahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətçilik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi!”
İftar duası:
“İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”
Allah orucunuzu qəbul eləsin!
Telegram kanalımız