Ramazanın 13-cü gününün duaları - İmsak və iftar vaxtları

saytların hazırlanması

Evə çatdırılma

Ramazanın 13-cü gününün duaları - İmsak və iftar vaxtları

Din

12 Mart 2025 21:21 1119


Sabah Ramazan ayının on üçüncü günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 13-də imsak vaxtı saat 05:30-da, iftar vaxtı isə saat 19:00-dadır.

Martın 13-ü üçün namaz vaxtları: pizza sifarişi

Sübh azanı 05:35
Zöhr azanı 12:50
Əsr azanı 17:00
Məğrib azanı 19:00
İşa azanı 20:00

On üçüncü günün imsak vaxtı üçün duanı təqdim edirik:

"Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin!"

Tərcüməsi:

"İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbirli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı!"

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi:

"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla".

Allah orucunuzu qəbul eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!