Ramazanın 15-ci gününün imsak, iftar vaxtları   - DUALAR

saytların hazırlanması

Evə çatdırılma

Ramazanın 15-ci gününün imsak, iftar vaxtları - DUALAR

Din

05 Aprel 2023 21:02 1969


Sabah Ramazan ayının on beşinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 6-da imsak vaxtı saat 04:49-da, iftar vaxtı isə 19:24-dədir.

Aprelin 6-sı üçün namaz vaxtları: Toyuqlu pizza

Sübh azanı 04:54
Zöhr azanı 12:43
Əsr azanı 17:17
Məğrib azanı 19:24
İşa azanı 20:27

On beşinci günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin!”

Tərcüməsi: “İlahi, bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus itaəti mənə nəsib et! Bu gün sinəmi təvazökarların tövbəsi ilə genişləndir! Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!