Ramazanın 17-ci gününün duası   - İmsak və iftar vaxtı

saytların hazırlanması

Evə çatdırılma

Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı

Din

10 May 2020 20:58 3044


Sabah Ramazan ayının 17-ci günüdür.

Yenisabah.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 11-də Bakıda imsak saat 03:44, iftar isə saat 20:01-dədir.

Ramazan ayının 17-ci gününün duası: Sezar pizza

"Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin".

Tərcüməsi:

"İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər, ehtiyac və amallarımı yerinə yetir, ey etdikləri barədə izaha və suala ehtiyacı olmayan, ey aləmlərin batinində olanları bilən! Məhəmmədə (s) və onun pak ailəsinə salavat və rəhmət bəxş et!"

Allah orucunuzu qəbul etsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!