Ramazanın 17-ci gününün imsak, iftar vaxtları   - DUALAR

saytların hazırlanması

Evə çatdırılma

Ramazanın 17-ci gününün imsak, iftar vaxtları - DUALAR

Din

07 Aprel 2023 21:12 1808


Sabah Ramazan ayının on yeddinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 8-də imsak vaxtı saat 04:46-da, iftar vaxtı isə 19:26-dadır.

Aprelin 8-i üçün namaz vaxtları: pizza hut

Sübh azanı 04:51
Zöhr azanı 12:43
Əsr azanı 17:18
Məğrib azanı 19:26
İşa azanı 20:30

On yeddinci günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin!”

Tərcüməsi: “İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər, ehtiyac və amallarımı yerinə yetir, ey etdikləri barədə izaha və suala ehtiyacı olmayan, ey aləmlərin batinində olanları Bilən! Mühəmmədə və onun pak ailəsinə salavat və rəhmət bəxş eylə!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!