Ramazanın 21-ci gününün duası:   İmsak və iftar vaxtı

saytların hazırlanması

Evə çatdırılma

Ramazanın 21-ci gününün duası: İmsak və iftar vaxtı

Din

21 Aprel 2022 22:57 3671


Sabah Ramazan ayının iyirmi birinci günüdür. 

Yenisabah.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 22-də imsak vaxtı saat 04:20-də, iftar vaxtı isə 19:41-dədir. 

İmsak duası: pizza hut

“İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla! Cənnəti mənim üçün mənzil və aramgah et! Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah!” 

İftar duası: 

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” 

Allah orucunuzu qəbul eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!