Ramazanın 21-ci gününün imsak, iftar vaxtları   - DUALAR

saytların hazırlanması

Evə çatdırılma

Ramazanın 21-ci gününün imsak, iftar vaxtları - DUALAR

Din

11 Aprel 2023 21:20 2358


Sabah Ramazan ayının iyirmi birinci günüdür. 

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 12-də imsak vaxtı saat 04:38-də, iftar vaxtı isə 19:30-dadır. 

Aprelin 12-si üçün namaz vaxtları:  pizza sifarişi

Sübh azanı 04:43
Zöhr azanı 12:42
Əsr azanı 17:21
Məğrib azanı 19:30
İşa azanı 20:35

İyirmi birinci günün imsak vaxtı üçün duanı təqdim edirik: 

“Allahumməc-əl li fihi ila mərzatikə dəlila. Və la təc-əl liş-şeytani fihi əleyyə səbila. Vəc-əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin!” 

Tərcüməsi: “İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla! Cənnəti mənim üçün mənzil və aramgah et! Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah!” 

İftar duası: 

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” 

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” 

Allah orucunuzu qəbul eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!