Ramazanın 22-ci gününün duası:   İmsak və iftar vaxtı

saytların hazırlanması

Evə çatdırılma

Ramazanın 22-ci gününün duası: İmsak və iftar vaxtı

Din

22 Aprel 2022 21:41 3364


Sabah Ramazan ayının iyirmi ikinci günüdür.

Yenisabah.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 23-də imsak vaxtı saat 04:19-da, iftar vaxtı isə 19:42-dədir.

İmsak duası pizza hut

“İlahi, bu gün fəzl qapılarını üzümə aç, bərəkətlərini mənə göndər. Bu gün sənin razılığına bais olan işlərdə məni müvəffəq et, məni behiştin ən yaxşı yerində sakin et. Ey biçarələrin duasını qəbul edən Allah!”

İftar duası:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!