Ramazanın 22-ci gününün imsak, iftar vaxtları   - DUALAR

saytların hazırlanması

Evə çatdırılma

Ramazanın 22-ci gününün imsak, iftar vaxtları - DUALAR

Din

12 Aprel 2023 21:21 2518


Sabah Ramazan ayının iyirmi ikinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 13-də imsak vaxtı saat 04:36-da, iftar vaxtı isə 19:31-dədir.

Aprelin 13-ü üçün namaz vaxtları: Pepperoni pizza

 Sübh azanı

 04:41

 Zöhr azanı

 12:41

 Əsr azanı

 17:22

 Məğrib azanı

 19:31

 İşa azanı

 20:36

İyirimi ikinci günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahumməftəh li fihi əbvabə fəzlik. Və ənzil əleyyə fihi bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi buhbuhati cənnatik. Ya mücibə də-vətil-muztərrin!”

Tərcüməsi: “İlahi, bu gün fəzl qapılarını üzümə aç, bərəkətlərini mənə göndər. Bu gün sənin razılığına bais olan işlərdə məni müvəffəq et, məni behiştin ən yaxşı yerində sakin et. Ey biçarələrin duasını qəbul edən Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!