Ramazanın 23-cü gününün duaları - İmsak və iftar vaxtları

saytların hazırlanması

Evə çatdırılma

Ramazanın 23-cü gününün duaları - İmsak və iftar vaxtları

Din

01 Aprel 2024 21:03 6456


Sabah Ramazan ayının iyirmi üçüncü günüdür. 

Yenisabah.az xəbər verir ki. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 2-də imsak vaxtı saat 04:55-də, iftar vaxtı isə 19:21-dədir. 
İyirmi üçüncü günün imsak vaxtı üçün duanı təqdim edirik: 

“Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin!” 

Tərcüməsi:  pizza hut

“İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyiblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xalis et! Ey günahkarların xətasına göz yuman Allah!” 

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” 

Tərcüməsi:  pizza hut

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” 

Allah orucunuzu qəbul eləsin!

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!