Ramazanın 25-ci gününün imsak, iftar vaxtları   - DUALAR

saytların hazırlanması

Evə çatdırılma

Ramazanın 25-ci gününün imsak, iftar vaxtları - DUALAR

Din

15 Aprel 2023 21:06 2419


Sabah Ramazan ayının iyirmi beşinci günüdür. 

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 16-da imsak vaxtı saat 04:31-də, iftar vaxtı isə 19:34-dədir. 

Aprelin 16-sı üçün namaz vaxtları:  Marqarita pizza

 Sübh azanı

 04:36

 Zöhr azanı

 12:41

 Əsr azanı

 17:23

 Məğrib azanı

 19:34

 İşa azanı

 20:40

İyirmi beşinci günün imsak vaxtı üçün duanı təqdim edirik: 

“Allahumməc-əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə-daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin!” 

Tərcüməsi: “İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!” 

İftar duası: 

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” 

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” 

Allah orucunuzu qəbul eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!