Ramazanın 27-ci gününün duası   - İmsak və iftar vaxtı

saytların hazırlanması

Evə çatdırılma

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Din

20 May 2020 21:19 1769


Sabah Ramazan ayının 27-ci günüdür.

Yenisabah.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda mayın 21-də imsak saat 03:30-də, iftar isə saat 20:11-dədir.

Ramazan ayının 27-ci gününün duası: Sezar pizza

"Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin".

Tərcüməsi:

"İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!"

Allah orucunuzu qəbul etsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!