Ramazanın 27-ci gününün duası:   İmsak və iftar vaxtı

saytların hazırlanması

Evə çatdırılma

Ramazanın 27-ci gününün duası: İmsak və iftar vaxtı

Din

27 Aprel 2022 21:28 3991


Sabah Ramazan ayının iyirmi yeddinci günüdür. 

Yenisabah.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 28-də imsak vaxtı saat 04:10-da, iftar vaxtı isə 19:47-dədir. 

İmsak duası: pizza sifarişi

“İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!” 

İftar duası: 

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” 

Allah orucunuzu qəbul eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!