Ramazanın 30-cu gününün duası:   İmsak və iftar vaxtı

saytların hazırlanması

Evə çatdırılma

Ramazanın 30-cu gününün duası: İmsak və iftar vaxtı

Din

30 Aprel 2022 21:17 4446


Sabah Ramazan otuzuncu günüdür. 

Yenisabah.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 1-də imsak vaxtı saat 04:05-də, iftar vaxtı isə 19:51-dədir. 

İmsak duası: Pepperoni pizza

“İlahi, ağamız Məhəmməd və onun pak ailəsi xatirinə bu aydakı orucumu sənin və peyğəmbərinin razı qaldığı şəkildə qəbul et! Dinimizin etiqad təməllərini möhkəm qərar ver. Həmd aləmlərin rəbbi olan Allaha məxsusdur!” 

İftar duası:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”. 

Allah orucunuzu qəbul eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!