Sabah Ramazan ayının on altıncı günüdür.
“Yeni Sabah” xəbər verir ki, Ramazan təqviminə əsasən, martın 6-sı Bakıda imsak vaxtı saat 05:41, iftar isə 18:52-ə təyin olunub.
Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr: Sezar pizza
Ağdam-Bərdə-Füzuli-Oğuz-Qax-Mingəçevir-Yevlax +11, Ağdaş-Ağcabədi-Beyləqan +10, Ağstafa-Babək-Culfa +18, Astara-Salyan-Şirvan-Qusar-Şabran-Xaçmaz +4, Ağdərə-Balakən-Qubadlı-Xankəndi-Xocalı-Xocavənd-Şuşa +13, Cəlilabad-Saatlı-Sabirabad-Kürdəmir-Şamaxı-İsmayıllı +6, Gəncə-Göygöl-Laçın +14, İmişli-Lerik +7, Kəlbəcər-Daşkəsən-Şəmkir-Zaqatala-Zəngilan +15, Qazax +19, Qəbələ-Göyçay-Ucar-Yardımlı +8, Lənkəran-Masallı-Biləsuvar-Quba +5, Naxçıvan-Şahbuz-Şərur +18, Neftçala-Siyəzən-Qobustan +3, Sumqayıt +1, Şəki-Tərtər-Goranboy-Cəbrayıl +12, Tovuz-Gədəbəy-Ordubad +16, Zərdab +9
İftardan qabaq oxunan dua:
İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!
On altıncı günün duası:
İlahi, bu ayda məni əməlisaleh adamlarla rastlaşmağa müvəffəq et və məni şər adamlarla rastlaşmaqdan uzaq et, Öz rəhmətinlə mənə bu ayın xatirinə axirətdə qərar evində sığınacaq ver, Allahlığın xatirinə, ey aləmlərin Rəbbi!
Allah orucunuzu qəbul eləsin!
Telegram kanalımız