Ramazanın on üçüncü gününün   - imsak, iftar vaxtı və duası

saytların hazırlanması

Evə çatdırılma

Ramazanın on üçüncü gününün - imsak, iftar vaxtı və duası

Din

02 Mart 2026 18:56 861


Sabah Ramazan ayının on üçüncü günüdür.

“Yeni Sabah” xəbər verir ki, Ramazan təqviminə əsasən, martin 3-ü-Bakıda imsak vaxtı saat 05:46, iftar isə 18:49-a təyin olunub.

Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr: Sezar pizza

Ağdam-Bərdə-Füzuli-Oğuz-Qax-Mingəçevir-Yevlax +11, Ağdaş-Ağcabədi-Beyləqan +10, Ağstafa-Babək-Culfa +18, Astara-Salyan-Şirvan-Qusar-Şabran-Xaçmaz +4, Ağdərə-Balakən-Qubadlı-Xankəndi-Xocalı-Xocavənd-Şuşa +13, Cəlilabad-Saatlı-Sabirabad-Kürdəmir-Şamaxı-İsmayıllı +6, Gəncə-Göygöl-Laçın +14, İmişli-Lerik +7, Kəlbəcər-Daşkəsən-Şəmkir-Zaqatala-Zəngilan +15, Qazax +19, Qəbələ-Göyçay-Ucar-Yardımlı +8, Lənkəran-Masallı-Biləsuvar-Quba +5, Naxçıvan-Şahbuz-Şərur +18, Neftçala-Siyəzən-Qobustan +3, Sumqayıt +1, Şəki-Tərtər-Goranboy-Cəbrayıl +12, Tovuz-Gədəbəy-Ordubad +16, Zərdab +9

İftardan qabaq oxunan dua:

İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!

On üçüncü  günün duası:

İlahi, bu gün məni günahların kəsafət və

çirkinliyindən təmizlə. Qəzavü-qədərə uyğun

bu gün baş verən hadisələrdə məni səbirli et.

Bu gün məni təqvaya və yaxşı insanların

söhbətinə müvəffəq et. Yardımına and veri-

rəm, ey çarəsizlərin gözünün işığı!

Allah orucunuzu qəbul eləsin!

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!