Ramazanın onuncu gününün duaları - İmsak və iftar vaxtları

saytların hazırlanması

Evə çatdırılma

Ramazanın onuncu gününün duaları - İmsak və iftar vaxtları

Din

09 Mart 2025 21:07 1219


Sabah Ramazan ayının 10-cu günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 10-da imsak vaxtı saat 05:35-də, iftar vaxtı isə 18:56-dadır.

Martın 10-u üçün namaz vaxtları: pizza hut

Sübh azanı 05:40
Zöhr azanı 12:51
Əsr azanı 16:57
Məğrib azanı 18:56
İşa azanı 19:57

Onuncu günün imsak vaxtı üçün duanı təqdim edirik:

"Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin".

Tərcüməsi:

"İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!"

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi:

"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla".

Allah orucunuzu qəbul eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!