Ramazanın səkkizinci gününün duası:  İmsak və iftar vaxtı

Ramazanın səkkizinci gününün duası: İmsak və iftar vaxtı

Din

09 Aprel 2022 00:25 740


Sabah Ramazan ayının səkkizinci günüdür.

Yenisabah.az xəbər verir ki, aprelin 9-da imsak vaxtı saat 04:44, iftar vaxtı isə 19:27-yə təyin edilib.

İmsak duası:

“İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!”

İftar duası:

“İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqü şəxslərin arzusunun müntəhası!”

Allah orucunuzu qəbul eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!