Rusiya Premyer Liqasında mart ayının ən yaxşı oyunçuları seçilib.
“Yeni Sabah” xəbər verir ki, “VKontakte” sosial şəbəkəsindəki rəsmi səhifəsində aparılan sorğunun nəticəsinə görə, “Zenit”in hücumçusu Sərdar Azmun 49.46 faizlə (20.834 səs) ən yaxşı oyunçu seçilib. Səsvermədə milli komandamızın “Krılya Sovetov”da oynayan hücumçusu Ramil Şeydayev də yer alıb. Ötən ay “Lokomotiv”, “Yenisey” və “Anji” ilə matçlarda ümumən 3 qol vuran Şeydayev martın TOP-5-liyində sonuncu yeri tutub – 2.37 faiz (999 səs).
1. Sərdar Azmun (“Zenit”) - 49.46 faiz pizza
2. Fyodor Çalov (SSKA) - 35.12 faiz
3. Anton Mirançuk (“Lokomotiv”) – 6.53 faiz
4. Mario Fernandes (SSKA) – 6.52 faiz
5. Ramil Şeydayev (“Krılya Sovetov”) – 2.37 faiz
Telegram kanalımız