Ramil Usubov hakimin döyülməsi işini nəzarətə götürdü

saytların hazırlanması

Evə çatdırılma

Ramil Usubov hakimin döyülməsi işini nəzarətə götürdü

Kriminal

02 Mart 2019 22:12 1361


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov həvəskarlar arasında keçirilən MFL-də baş verən hadisəni nəzarətə götürüb.

Artıq nazirin göstərişi ilə hadisə araşdırılır, artıq prokurorluq orqanları da Nahid Xasıyevə edilən hücumun istintaqını aparır.

Xatırladaq ki, fevralın 27-də keçirilən "Sabko" - "Qala Sığorta" oyununda meydan sahiblərinin futbolçusu Ramil Əliyev matçın hakim Nahid Xasıyevə qarşı fiziki güc tətbiq edib və nəticədə oyun 23-cü dəqiqəsindən etibarən dayandırılıb. Dominos pizza

Xasıyev özü isə Ramil Əliyevdən şikayətçi olmayıb. Gənc hakim Əliyevin ailə vəziyyətini, azyaşlı övladının olmasını nəzərə alıb və ona hücum edən futbolçunun ağır cəzalandırılmasını istəməyib.

Məsələyə hüquqi qiymət hüquq-mühafizə orqanlarının araşdırmasından sonra veriləcək. Xasıyevin Ramil Əliyevdən şikayətçi olmaması futbolçunun işini nisbətən yüngülləşdirir.

Qeyd edək ki, Ramil Əliyev tanınmış forvard Rauf Əliyevin qardaşıdı.

sport7.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!