Ramil Usubov Nikolay Patruşev ilə nələri müzakirə etdi?

saytların hazırlanması

Evə çatdırılma

Ramil Usubov Nikolay Patruşev ilə nələri müzakirə etdi?

Siyasət

04 Sentyabr 2019 10:59 1742


Ramil Usubov Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib. 

"Yeni Sabah" xəbər verir ki, görüşdə terrorçuluq və ekstremizmlə mübarizə məsələləri, habelə iki ölkə arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

R.Usubovu hazırkı vəzifəyə təyin olunması münasibətilə təbrik edən qonaq iki ölkə arasında təhlükəsizlik şuraları və güc qurumları xətti ilə əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib. pizza mizza

“İki ölkənin bir sıra nazirlik və idarəçilərin ekspertləri arasında keçirilən məsləhətləşmələr zamanı terrorçuluq və ekstremizmlə mübarizə sahəsində qanunların təkmilləşdirilməsinə, habelə inmformasiya təhlıükəsizliyinin təmin olunmasında əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib”, - deyə Rusiya Təhlükəsizlik Şurasının məlumatında qeyd olunub.

Rusiyalı qonaq həmçinin iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın da sürətlə inkişaf etdiyini deyib. O, Rusiya-Azərbaycan dövlət sərhədində müştərək infrastruktur layihələrinin və hərbi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinin də əhəmiyyətini vurğulayıb.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!