Ramil Usubov polkovnikə yeni vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

Ramil Usubov polkovnikə yeni vəzifə verdi

Sosial

13 Fevral 2019 22:59 1292


Binəqədi Rayon Polis İdarəsinə yeni rəis müavini təyin edilib.

Bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb. Binəqədi Rayon Polis İdarəsinin əməliyyat işi üzrə rəis müavini vəzifəsinə polis polkovnik-leytenantı Vəfalı Həsənəliyev təyinat alıb.

O, yeni təyinatadək Nəsimi rayon Polis İdarəsində Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışıb.  Pepperoni pizza

Vəfalı Həsənəliyev cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunması sahəsində  fərqləndiyinə görə 2015-ci ildə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə  “Vətən uğrunda” medalı ilə təltif edilib. 

Qeyd edək ki, bundan əvvəl bu vəzifəni Emin Həsənov yerinə yetirib. 

O, Baş Narkotiklərlə Mübarizə İdarəsinə şöbə rəisi təyin edilib.

Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!