Ramil Usubov sakinlərlə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Ramil Usubov sakinlərlə görüşdü

Rəsmi

27 Aprel 2019 22:51 899


Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov aprelin 27-də Göyşay şəhərində növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, rayon polis şöbəsində baş tutan tədbirdə Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının qəbula gələn 125 sakini ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyatı baş idarə, idarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib.

Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan məsələlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlət başçısına minnətdarlıq edib, onun ölkəmizin sürətli inkişafına yönəlmiş ardıcıl, məqsədyönlü siyasətini bundan sonra da dəstəkləyəcəklərini vurğulayıblar. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!