Ramil Usubovun işdən azad etdiyi şəxsə yeni vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Ramil Usubovun işdən azad etdiyi şəxsə yeni vəzifə verildi

Siyasət

19 Avqust 2019 18:39 3328


Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni təyinatla bağlı əmr imzalayıb.

Nazirin müvafiq əmri ilə Şəmkir rayon Kür qəsəbəsinin polis şöbəsinə yeni rəis təyin olunub.

Belə ki, polis polkovnik-leytenantı Ədalət Sadiqov bundan sonra sözügedən vəzifəni icra edəcək. pizza

Qeyd edək ki, Ədalət Sadiqov bu ilin may ayında keçmiş nazir Ramil Usubovun əmri ilə Gəncə şəhər Nizami rayonu polis idarəsindəki işindən azad edilərək sərəncama götürülmüşdü.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!