Ramin Bayramlı Səhiyyə Nazirliyinə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Ramin Bayramlı Səhiyyə Nazirliyinə müraciət etdi

Maraqlı

15 Noyabr 2023 23:48 1109


Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri (AZKLMİB) İctimai Birliyinin təşkilatçılığı ilə 4-cü regional - Laborator testlərə müasir yanaşma simpoziumu keçiriləcək.

Yenisabah.az xəbər verir ki, simpoziumun akkreditasiya olunması üçün Səhiyyə Nazirliyinə müraciət edilib.

Simpoziumun dekabrın 9-da Lənkəran şəhərində keçirilməsi planlaşdırılıb. Sezar pizza

Tədbirin Elmi proqramı hazırdır və buraya hematologiya, analitik metodlar və problemlər, metabolizm və mikrobiologiya istiqamətlərinə aid panellərlə laborator tibbin müxtəlif sahələrinə və aktual məsələlərinə dair məruzələrə yer verilib. 

Simpozium yalnız AZKLMİB üzvləri üçün nəzərdə tutulub və burada həkim mikrobioloq R.Bayramlı məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, R.Bayramlı Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri (AZKLMİB) İctimai Birliyinin təsisçisi və sədr müavinidir. O, həm də Azərbaycan Tibb Universitetinin (ATU) Tibbi mikrobiologiya və immunologiya kafedrasında dosent vəzifəsində çalışır.

R.Bayramlı 2019-2021-ci illərdə TƏBİB-in sədri vəzifəsində çalışıb. İqtisadiyyat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!