Ramin Hacılının cəzası azaldıldı

saytların hazırlanması

Evə çatdırılma

Ramin Hacılının cəzası azaldıldı

Kriminal

28 İyun 2024 13:28 918


Dələduzluqda ittiham olunan ictimai fəal Ramin Hacılı ilə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə APA-ya vəkili Rəşad Əliyev məlumat verib.

Məhkəmədə qərar qəbul edilib. Qərara əsasən, Ramin Hacılının cəzası 11 ay azaldılıb və üzərinə qəti olaraq 6 il 2 ay 20 gün cəza saxlanılıb. pizza mizza

Bundan başqa prokurorluğun verdiyi prosest təmin olunmayıb.

Qeyd edək ki, R.Hacılı 2021-ci ildə vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilərək həbs edilib.

İctimai fəal kimi tanınan Ramin Hacılı, eyni zamanda Azərbaycan Avropa Hərəkatının sədri olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Hacılı 7 il 7 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzası 7 il 1 aya endirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!