Uzun fasilədən sonra Azərbaycanın xalq artisti, professor Ramiz Əzizbəyli yeni filmdə baş rollardan birini ifa edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə filmin rejissoru Ramil Adiloğlu məlumat verib.
Onun sözlərinə görə, Ramiz Əzizbəyli səhhətiylə bağlı həkim nəzarətində olmasına baxmayaraq, "Sən anlat Hacıqabul” komediya janrında olan filmdən imtina etməyib. Əksinə, cəsarətlə çəkilişlərə qatılmağa razılıq verib: pizza sifarişi
"Ramiz müəllim çəkilişlərə qatılaraq həm maraqlı fikirləriylə, həm də yüksək sənət nümayişiylə hər bir sənətçiyə örnək olub. O, tamaşaçıların marağına səbəb olacaq rolu canladırıb. Nəhayət ki, Ramiz Əzizbəylini sevənlər onu ekranlarda maraqlı aktyor oyunu ilə görəcəklər. Onu sevənlər çox da intizarda qalmayacaqlar. Beləliklə, film tezliklə təqdim olunacaq.”
Məlumat üçün bildirək ki, xalq artisti R.Əzizbəyli bir neçə ildir iflic, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir.
Telegram kanalımız