Ramiz Mehdiyev Arif Həşimovu AMEA-nın birinci vitse-prezidenti təyin etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyev Arif Həşimovu AMEA-nın birinci vitse-prezidenti təyin etdi - Foto

Siyasət

05 Noyabr 2021 22:36 3240


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni birinci vitse-prezidenti və akademik-katibi vəzifələrini icra edən şəxs məlum olub.

Yenisabah.az xəbər verir ki, bununla bağlı akademiyanın Rəyasət Heyətinin növbəti iclasında qərar verilib.

İclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev gündəlikdə duran məsələlər barədə məlumat verib. Pepperoni pizza

Sonra iclasda elmi-təşkilati məsələlər müzakirə olunub, akademik Arif Həşimovun AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb. Akademik Ramiz Mehdiyev akademik Arif Həşimovun yüksək intellekti, elmi-təşkilati bacarığı ilə seçildiyini, Akademiya əməkdaşları arasında nüfuza və hörmətə malik olduğunu deyib, onun bu vəzifədə böyük təcrübəsi olduğunu vurğulayıb.

Akademik Arif Həşimovun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb.

Müzakirələrdən sonra akademik Arif Həşimovun AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə namizədliyi yekdilliklə dəstəklənib.

Beləliklə, Akademiyanın növbəti Ümumi yığıncağına qədər akademik Arif Həşimovun həm AMEA-nın birinci vitse-prezidenti və həm də akademik-katibi vəzifələrini yerinə yetirməsi qərara alınıb.

Akademik Arif Həşimov çıxış edərək göstərilən etimada görə minnətdarlığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!