“Ramiz Mehdiyevi mən topa qoymuram. O, özü özünü topa qoyur. Bir aydan çoxdur ki, Azərbaycan ictimaiyyətinin ən çox müzakirə etdiyi məsələlərdən birinə çevirilib”.
“Yeni Sabah” xəbər verir ki, bunu keçmiş təhsil naziri Misir Mərdanov LAF TV-yə müsahibəsində deyib. Bildirib ki, deputatlar, ictimaiyyət, dövlət adamları, elm adamları son 1 ayda 200-dən çox müraciət ediblər ki, Ramiz Mehdiyev 2.4 aydır akademiyada çox yarıtmaz fəaliyyət göstərib:
“Elmi inkişaf etdirmək, müsbət iş görmək əvəzinə intriqalarla, elmə yaraşmayan hərrəkətlərlə məşğul olub və bu gün akademiyada çətin vəziyyət yaranıb. Marqarita pizza
Ona görə də hamı sözünün sonunda deyir ki, Ramiz Mehdiyev getməlisən və nə qədər tez getsən bir o qədər yaxşıdır”.
Telegram kanalımız