Ramiz Mehdiyev özü üçün xüsusi lift quraşdırıb, silahlı mühafizəçilərlə gəzir

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyev özü üçün xüsusi lift quraşdırıb, silahlı mühafizəçilərlə gəzir

Siyasət

09 Fevral 2022 13:39 3787


AMEA-nın müxbir üzvü, riyaziyyat və mexanika institutunun direktoru Misir Mərdanov bu gün yaydığı bəyanatda maraqlı faktlar açıqlayıb.

“Yeni Sabah”ın məlumatına görə, həmin bəyanatdan bəlli olur ki, AMEA prezidenti Ramiz Mehdiyev işə silahlı mühafizəçilərlə, Dövlət Yol Polisinin və iki avtomobilin müşayiəti ilə gəlir. Buna görə də heç kəsin ona yaxınlaşıb dərdini demək şansı yoxdur.

M. Mərdanov həmçinin qurumun binasında Mehdiyevin özü üçün xüsusi lift quraşdırdığını da qeyd edib: Dördpendirli pizza

“Uzun illərdir ki, ölkənin nüfuzlu qurumu kimi dövlət tərəfindən şəhərin ən gözəl memarlıq abidələrinin birində yerləşən AMEA-nın Rəyasət Heyətinin binası ilk dəfədir ki, tarixi əhəmiyyəti nəzərə alınmadan milyonlarla dövlət vəsaiti hesabına cənab Ramiz Mehdiyevin zövqü ilə yenidən qurulub.

Bütün memarlıq dəyərlərini, texniki imkanlarını, yükgötürmə məhdudluğunu qulaqardına vuraraq binanın daxili konstuksiyasına kobud müdaxilə edilib, üçüncü mərtəbəyə qalxa bilməyən “kişi” üçün xüsusi lift quraşdırılıb”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!