“Ramiz Mehdiyev, paltonu götür və o ocağı tərk elə!“   - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Ramiz Mehdiyev, paltonu götür və o ocağı tərk elə!“ - Deputat

Siyasət

21 Yanvar 2022 10:20 1414


Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev ötən gün keçirilən Rəyasət Heyətinin iclasında Tarix İnstitutu ilə bağlı sərt fikirlər səsləndirib. Qurum rəhbəri sözügedən İnstitutda qeyri-sağlam iş mühiti olduğunu qeyd edib.

Yenisabah.az xəbər evrir ki, məsələyə Tarix İnstitutun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov da münasibtə bildirib. O, Ramiz Mehdiyevin fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğu vəzifədən, o cümlədən, Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işləridən istefa verəcəyini bildirib.

AMEA-da yaranmış qalmaqala millət vəkili Fəzail Ağamalı da münasibət bildirib. O, bu barədə “Qafqazinfo”nun feysbuk səhifəsində şərh yazıb. pizza sifarişi

“Bütün varlığı ilə işıqlı, milli insanlarımıza qənim kəsilən “Boz kardinal” nəhayət daha bir təmiz imici olan professor, görkəmli tarixçi alim Kərim Şükürovu hədəfə alıb, utanmadan, usanmadan özünün fövqündə dayanan alimi mənəvi repressiyaya hədəfləyib. Yetər, Ramiz Mehdiyev, paltonu götür və o müqəddəs ocağı tərk elə!” - deyə deputat AMEA rəhbərinə etiraz edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    ƏSLİNDƏ BİZNESMENLƏR. MƏCLİSİNƏ ÇEVRİLƏN MİLLİ. MƏCLİSDƏ. DƏ HEÇ BİR FAYDALI İŞ GÖRMƏYƏN XEYLİ "deputatlar" da var ki ONLAR da MM- I ÇOXDAN TƏRK ETMƏLİYDİLƏR.
    4 years ago