Ramiz Mehdiyev sükutu pozdu: “Kim nə danışır, danışsın...”

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyev sükutu pozdu: “Kim nə danışır, danışsın...”

Siyasət

09 Sentyabr 2022 11:03 4768


Xəbər verdiyimiz kimi, “Baku Steel Company” şirkətinin (poladəritmə zavodu) Müşahidə Şurasının sədri, 1 il 8 aydır həbsdə olan Rasim Məmmədov Prezident Administrasiyasının o zamankı rəhbəri Ramiz Mehdiyevin ünvanına müxtəlif ittihamlar səsləndirib.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev “Unikal”a açıqlamasında deyib ki, bu məsələ barədə nəsə danışmaq istəmir:

“Mənim ona sözüm yoxdur. Kim nə danışır, danışsın. Əsas odur ki, mən özüm yaxşı bilirəm ki, hərəkətim və mənəviyyatım nədən ibarətdir. Biz hüquqi dövlətdə yaşayırıq. Hər kəs törətdiyi əmələ görə cavab verəcək”. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!