Ramiz Mehdiyevin adını siyahıdan sildilər

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyevin adını siyahıdan sildilər

Siyasət

20 İyul 2023 07:43 8179


Azərbaycan Milli Elmlər Akademiyası bundan öncəki prezident Ramiz Mehdiyevin adını qurumun sabiq prezidentləri siyahısına salmayıb. 

Cebhe.info xəbər verir ki, qurumun saytının “AMEA haqqında” bölməsində  akademiyanın keçmiş rəhbərlərinin adı qeyd edilib. Həmin siyahıda akademik Ramiz Mehdiyevin adı yazılmayıb. 

Xatırladaq ki, Ramiz Mehdiyev 23 oktyabr 2019-cu ildən 14 fevral 2022-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik edib. Ondan öncə həmin vəzifəni icra edən Akif Əlizadə də daxil olmaqla siyahıda 10 nəfərin adı yer alıb.  Dominos pizza

Qeyd edək ki, hazırda AMEA-nın prezidenti İsa Həbibbəylidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!