Ramiz Mehdiyevin qızı ilə bağlı BDU-dan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyevin qızı ilə bağlı BDU-dan açıqlama

Siyasət

20 Yanvar 2022 14:13 20862


Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Etibar Əliyev bundan bir neçə gün öncə maraqlı açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, AMEA-nın prezidenti Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva BDU-da "Psixologiya" üzrə müdafiə şurasının sədridir və müdafiələrin rus dilində aparılmasını təkid edir. Hətta bunu şərt kimi qoyur. Buna səbəb isə onun Azərbaycan dilini bilməməsidir.

Yenisabah.az-ın əməkdaşı səsləndirilən iddia ilə bağlı BDU-nun Mətbuat katibi Günel Orucəliyeva ilə əlaqə saxlayıb. G.Orucəliyeva bu iddiaların əsassız olduğunu qeyd edib. Onun açıqlamasını təqdim edirik:

“Sizcə, belə bir şeyin olma ehtimalı varmı? Bu, əlbəttə ki, dezinformasiyadır. pizza hut

Elə bir ehtimal belə yoxdur, çünki müdafiələr Azərbaycan dilində olur. Müdafiəçi, əgər rusdillidirsə, bizdə işini rus dilində müdafiə edə bilir. 

Onu da qeyd edim ki, müdafiə prosesində tərcüməçilər də olur. Həm də o şuraları biz özümüz müəyyənləşdirmirik. Onlar Prezident yanında Dövlət Ali Atestassiya Komitəsi tərəfindən müəyyən olunur. Siz ora da müraciət edə bilərsiniz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!