Ramiz Quliyev harada dəfn olunacaq?   “Nazirlikdən cavab gözləyirik”

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Quliyev harada dəfn olunacaq? “Nazirlikdən cavab gözləyirik”

Mədəniyyət

15 Oktyabr 2025 10:40 693


Xalq artisti, tarzən Ramiz Quliyev bu gün səhər saatlarında vəfat edib.

Mərhumun oğlu Əyyub Quliyev “Yeni Sabah”a açıqlamasında bildirib ki, atasının harada dəfn olunacağı ilə bağlı hələlik qərar yoxdur.

Onun sözlərinə görə, Mədəniyyət Nazirliyindən cavab gözləyirlər: “Vida mərasiminin keçirilmə yeri və harada dəfn olunacağı ilə bağlı hələlik dəqiq məlumat yoxdur. Dəqiqləşən kimi mediaya bildiriləcək”. Sezar pizza

Mədəniyyət Nazirliyindən isə qeyd olunub ki, Xalq artistinin vida və dəfn mərasimi ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, bir müddət əvvəl 78 yaşlı R.Quliyevin səhhətində ciddi problemlər yaranmışdı. O, Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi. 

Sənətçi müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!