Ramiz Quliyevin vəziyyəti yaxşılaşır

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Quliyevin vəziyyəti yaxşılaşır

Mədəniyyət

13 Oktyabr 2025 10:28 532


Xalq artisti tarzən Ramiz Quliyevin səhhətində müsbət dinamika hiss olunur.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu barədə oğlu Əyyub Quliyev məlumat yayıb.

Əməkdar artistin sözlərinə görə, ustad tarzənin müalicəsi reanimasiya şəraitində davam etdirilir: pizza hut

"Əsas narahatlıq verən tənəffüs sistemi idi ki, artıq bu da bərpa olunur, özü nəfəs alır. Eləcə də digər orqanlarında da bərpa istiqamətində irəliləyiş hiss olunur".

Əyyub Quliyev müalicənin müsbət nəticəsindən asılı olaraq, Xalq artistinin evə buraxıla biləcəyinin mümkün olduğunu da əlavə edib

Xatırladaq ki, Xalq artisti Ramiz Quliyev səhhətinin pisləşməsi ilə əlaqədar bir neçə gün öncə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Sənətkarın müalicə prosesini Heydər Əliyev Fondu nəzarətə götürüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!