Bu gün tanınmış şair, yazıçı, kino-dramaturq Ramiz Rövşənin doğum günüdür.
Yenisabah.az xəbər verir ki, Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub.
Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini, Moskva Ali Ssenari kurslarını bitirib. Sezar pizza
Ramiz Rövşənin ssenariləri əsasında xeyli bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən 1997-ci ildə qəbul olunmuş Müsavat partiyasının himninin sözlərinin müəllifidir.
O, həmçinin Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.
Telegram kanalımız