Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev İdarənin rəisi, polis general-mayoru Ramiz Zeynalovun təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
R.Tağıyev Pravda.az-a açıqlamasında bildirib ki, məlumatlar həqiqəti əks etdirmir.
“Cənab general işinin başındadır, xidmətini davam etdirir” – o qeyd edib. Pepperoni pizza
Xatırlatma: Mayın 26-da R.Zeynalovun daxili işlər orqanlarında xidmət müddəti başa çatıb.
“Yeni Sabah” xatırladır ki, Ramiz Zeynalovun hazırda 71 yaşı var. O Azərbaycanda uzun müddət eyni vəzifəni daşıyan məmurlardan biridir. Zeynalov 1994-cü ildən bu günə qədər – 28 ildir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.
Telegram kanalımız