Ramiz Zeynalovun qohumu qətlə yetirildi –   Bakıda

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Zeynalovun qohumu qətlə yetirildi – Bakıda

Kriminal

01 Sentyabr 2019 10:14 10378


Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qayını oğlu Bakıda qətlə yetirilib.

“Yeni Sabah” BakuPost-a istinadən xəbər verir ki, hadisə dünən gecə Yasamal rayonu ərazisində baş verib. 

Qətlə yetirilən 1990-cı il təvəllüdlü şəxs avtomobil idarə edərkən başqa bir sürücü ilə mübahisə edib. Mübahisə sonradan davaya çevrilib və idarə rəisinin qayını oğlu döş qəfəsindən bıçaqlanıb.  pizza mizza

Yaralı xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!