Ramzan Kadırov Prezident İlham Əliyevi təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Ramzan Kadırov Prezident İlham Əliyevi təbrik etdi

Siyasət

25 Dekabr 2025 20:55 704


Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Yeni Sabah" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu. Pepperoni pizza

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.

Sizin həyat yolunuz böyük məsuliyyət hissinə və öz xalqına sədaqətə malik qətiyyətli, iradəli və cəsur bir insanın yoludur.

Məlumdur ki, Siz uzun illər ərzində fəaliyyətinizlə Azərbaycanın vətəndaşları, onların rifahı və təhlükəsizliyi naminə çox böyük işlər görmüsünüz, ən çətin vəziyyətlərdə özünüzü mətinliklə və ləyaqətlə aparmış, qarşıya qoyulan vəzifələri yerinə yetirmisiniz.

Azərbaycanda həyata keçirdiyiniz islahatlar kursu, siyasi sabitliyin möhkəmləndirilməsi və milli iqtisadiyyatın inkişafı, vətəndaşların rifahının yüksəldilməsi Sizə xalqın ən yüksək etimadını qazandırmışdır.

Əminəm ki, Siz daha parlaq gələcəyə doğru çox addımlar atacaqsınız, iş təcrübəniz və məsuliyyətiniz Azərbaycan xalqının maraqları naminə nəzərdə tutulan bütün planların həyata keçməsinə kömək edəcəkdir.

Sizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, uzun ömür, davamlı sülh, firavanlıq arzulayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!