Ramzan Kadırovdan sərt açıqlama - “Heç bir təxribat...”

saytların hazırlanması

Evə çatdırılma

Ramzan Kadırovdan sərt açıqlama - “Heç bir təxribat...”

Dünya

17 Fevral 2019 20:48 1724


Heç bir təxribat və münasibətlərin aydınlaşdırılması Çeçenistanla Azərbaycan arasındakı qardaş münasibətləri poza bilməz.

Bu haqda “Çeçnyatoday.com” saytı məlumat yayıb. Saytın məlumatına əsasən, bəyanatla Rusiya Federasiyasının Çeçenistan Respublikasının milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov Çeçenistan rəhbəri Ramzan Kadırov adından çıxış edib.

O qeyd edib ki, Moskvada Qafqaz millətlərinin nümayəndələri arasında nifaq salmaq salmaq istəyən müəyyən kriminal qüvvələr var. Marqarita pizza

Umarov Kadırovun adından danışaraq hazırda sosial şəbəkələrdə yayılan müəyyən təxribat xarakterli məlumatlara uymamağa, habelə Çeçenistanla Azərbaycanın nüfuzlu siyasətçilərinin sözlərinə diqqətlə yanaşmağa çağırıb.  

Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!