“Range Rover”i 200 km/saat sürətlə idarə edən qadın cəzalandırıldı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Range Rover”i 200 km/saat sürətlə idarə edən qadın cəzalandırıldı - VİDEO

Avto

15 Fevral 2024 12:08 7388


Bakı-Quba-Rusiya sərhədi ödənişli avtomobil yolunda avtomobili yüksək sürətlə idarə edən qadın məsuliyyətə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 77-ES-777 nömrə nişanlı “Range Rover” markalı maşını 200 km/saat sürətlə idarə edərək videoya çəkən qadının kimliyi yol polisi tərəfindən müəyyənləşdirilib. Avtomobil saxlanılaraq cərimə meydançasına salınıb.

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev bildirib ki, sürücü Əsmət Roman qızı Axundzadə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə yol polisi əməkdaşları tərəfindən saxlanılıb: Sezar pizza

“Onun barəsində ciddi intizam tədbirləri görülüb. Bir daha bütün sürücülərə və yol hərəkət iştirakçılarına müraciət edərək bildiririk ki, reytinq xətrinə bu kimi qayda pozuntularına yol verməsinlər. Nəzərə alsınlar ki, belə şəxslər barəsində ciddi tənbeh tədbirləri görüləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!