“Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubu bu il aprelin 16-17-də Bakı İdman Sarayında Raquf Orucov və digər Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş III beynəlxalq “Raquf Orucov Kuboku” ("Raguf Orujov Cup") cüdo turniri keçirəcək.
"Yeni Sabah" xəbər verir ki, Azərbaycanın Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunacaq turnirdə yaşı 21-dək (U-21) olan gənclərdən ibarət klub komandaları iştirak edəcəklər.
Ənənəvi turnirdə Bakı şəhərini və bölgələimizi təmsil edən komandalarla birlikdə qonşu ölkələrdən dəvət edilmiş bir neçə klub komandasının iştirakı gözlənilir. pizza mizza
Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən turnirin məqsədi gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdir.
Telegram kanalımız