Rasim Balayev yenidən “Nəsimi” olmaq istəmir

saytların hazırlanması

Evə çatdırılma

Rasim Balayev yenidən “Nəsimi” olmaq istəmir

Şou

03 Fevral 2019 21:10 1718


“Nəsimi” filmi çəkilsə, dəvət alsam, yenidən o obrazı canlandırmaram”. Bunu xalq artisti Rasim Balayev deyib.

O, bildirib ki, prezident İlham Əliyevin 2019-cu ili Azərbaycanda "Nəsimi ili" elan etməsindən məmnun olub: “Prezidentin bu addımını alqışlayıram. “Nəsimi ili” ilə bağlı böyük seminarlar, tədbirlər olacaq. Məktəblərdən təkliflər gəlir ki, onların tədbirlərinə qatılıb, uşaqlara bildiklərimdən danışım. Hələlik hazırlıq gedir. Məni də dəvət edirlər. Alınsa, iştirak edəcəyəm.

“Nəsimi” filminə gəldikdəsə, filmə dəvət alsam, çəkilmərəm. Mən oynadığımı oynamışam. Yəqin ki, təzə ssenari yazılar, ona uyğun aktyorlar seçilər. Mən gedib, nə məsləhət verə bilərəm ki?”. pizza

Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!