Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin dəfn yeri məlum olub.
"Yeni Sabah"ın əldə etdiyi xəbərə görə, mərhum birinci Fəxri xiyabanda torpağa tapşırılıcaq.
Hazırda dəfn işlərinə hazırlıq görülür. Sezar pizza
Qeyd edək ki, Rasim Balayev bu gün Türkiyənin İstanbul şəhərində yerləşən “Memorial” xəstəxanasında vəfat edib. Onun cənazəsinin Azərbaycana gətirilməsi üçün işlər görülür. Cənazənin bu gün Bakıya gətiriləcəyi gözlənilir.
Xatırladaq ki, Rasim Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub.
1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib və Bakı kinostudiyasında "Ulduzlar sönmür" adlı ekran işində kiçik bir rolla böyük kinoya gəlib.
Xalq artisti bundan sonra "Nəsimi", "Babək", "Atları yəhərləyin", "Dədə Qorqud" və digər onlarla filmdə əsas rollarda çıxış edib.
31 may 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.
Rasim Balayev "Şərəf", "Şöhrət", "İstiqlal" ordenləri və "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı, həmçinin bir sıra digər dövlət mükafatı və medalları ilə təltif olunub.
Telegram kanalımız