Rasim Balayevin səhhəti pisləşdi

saytların hazırlanması

Evə çatdırılma

Rasim Balayevin səhhəti pisləşdi

Mədəniyyət

25 Sentyabr 2019 12:42 1457


Xalq artisti Rasim Balayevin səhhəti pisləşib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə sənətçinin özü Publika.az-a məlumat verib.

"Rasim bəy, özünüzü necə hiss edirsiniz" sualına aktyor belə cavab verib: Toyuqlu pizza

"Belə də, qocafəndi, yaş öz sözünü deyir. Yeriyə bilmirəm, ayaqlarım tutulub, bel və ayaq ağrıları məni incidir. Ayağımda şiş var, su yığılıb".

Rasim Balayev bildirib ki, Gömrük Hospitalında fizioterapiya müalicəsinə başlayıb.

Məlumat üçün bildirək ki, Xalq artisti keçən il bel yırtığı diaqnozu ilə müalicə üçün Türkiyəyə getmişdi.

Xatırladaq ki, aktyor verdiyi müsahibələrinin birində "Babək" filminin çəkilişləri zamanı bir neçə dəfə atdan yıxıldığını və fəsadlarının indi üzə çıxdığını demişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!