Rasim Balayevin yerinə namizədliyi göstərilən rejissor:   “Söhbətdən xəbərim yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

Rasim Balayevin yerinə namizədliyi göstərilən rejissor: “Söhbətdən xəbərim yoxdur”

Mədəniyyət

25 Fevral 2026 13:24 1784


“Mənim ümumiyyətlə bu söhbətdən xəbərim yoxdur. Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) da üzvü deyiləm. Ona görə də proseslərin necə tənzimlənməsi haqqında heç bir məlumatım yoxdur. Rəhbərliyə də gətirilməyim haqqında söhbətləri eşitməmişəm. Müzakirə etmək imkanım da yoxdur. Yenə də Şeyx Əbdülə mənə verdiyi qiymətə görə təşəkkür edirəm”.

Bunu “Yeni Sabah”a Əməkdar incəsənət xadimi, rejissor Elxan Cəfərov deyib.

O özünü köhnə Azərbaycan kino məktəbinin davamçılarından biri sayır: Sezar pizza

“Həmin nəslin demək olar ki, hamısı məni tanıyır və işimə də bələddirlər. Çox şadam, çox məmnunam və hər birinə də hörmətlə yanaşıram. Yeni kino məktəbi bir az başqa formatdadır. Hamı müasirliyə can atır. Yeni yolla hərəkət edirlər. Mən isə köhnə yolun davamçılarındanam. Ona görə də həmişə çalışıram yeni və köhnə yolu özümdə cəmləşdirə bilim. Çünki sırf köhnə istiqamətə köklənmə də alınmır. Həm yaşlı nəslə, həm də cavan nəslə uyğun olan işlər təqdim etmək lazımdır”.

Rejissor yenidən “Azərbaycanfilm” kinostudiyasında film çəkilməsi üçün çalışır:

“İllərdir “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərirəm. Hər zaman buradayam, burada da olacam. Çalışırıq ki, kinostudiyanı yenidən dirçəldək. Fəaliyyəti bərpa etmək üçün əlimizdən gələni edirik. Ümid edirəm ki, hər şey yaxşılığa doğru dəyişəcək” .  

Xatırlatma: Xalq artisti Əbdül Mahmudbəyov AKİ sədri Rasim Balayevin səhhətində yaranmış problemə görə AKİ-nin yeni qurultay keçirməsini və sədrliyə rejissor Elxan Cəfərovun namizədliyinin irəli sürülməsini məsləhət görmüşdü.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!